Basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib

A- A A+

Kiçik ölkələr arasında keçirilən basketbol üzrə Avropa çempionatında Azərbaycan milli komandası dörddəbir final mərhələsi çərçivəsində San-Marino seçməsi ilə qarşılaşıb.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, oyuna fəal başlayan yığmamız yekunda parketdən 68:51 hesablı qələbə ilə ayrılıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu 21 xalla millimizin kapitanı Amil Həmzəyev seçilib.

Qeyd edək ki, yığmamız yarımfinalda Malta komandası ilə qarşılaşacaq. Oyun iyulun 2-də Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: