Eşli Yanq “Aston Villa” ilə 2022-2023-cü il mövsümünün sonunadək müqavilə imzalayıb

A- A A+

İngiltərəli futbolçu Eşli Yanq “Aston Villa” klubu ilə 2022-2023-cü il mövsümünün sonunadək müqavilə imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müdafiəçi ötən mövsüm İngiltərə klubunun heyətində 25 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu ötən ilin yayında “İnter”dən (Milan) “Aston Villa”ya keçib.

Qeyd edək ki, futbolçu 2007-2011-ci illərdə də “Aston Villa”da çıxış edib. Sonra futbolçu 18 milyon avro qarşılığında “Mançester Yunayted” klubuna transfer olub. E.Yanq Mançester təmsilçisinin heyətində İngiltərə Premyer və UEFA Avropa liqalarının qalibi adını qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: