“Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib

A- A A+

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Super Liqa təmsilçisi Misir yığmasının və İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçisi Mahmud Trezeqeni transfer edib.

Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. İyirmi yeddi yaşlı futbolçu ilə dördillik müqavilə imzalanıb. O, yeni komandasında 88 nömrəli formanı geyinəcək.

“Trabzonspor” bu transfer üçün “Aston Villa”ya 4 milyon avro təzminat ödəyəcəyini bəyan edib. Futbolçunun özü isə ilinə 1 milyon 550 min avro qazanacaq.

Trezeqe 2019-cu ildən “Aston Villa”da çıxış edirdi. O, geridə qalan mövsümün ikinci dövrəsində Türkiyənin digər klubu “Başakşəhər”də icarədə olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: