“Konya-2021”: Beşinci İslam Həmrəyliyi Oyunlarında idmançılar 483 dəst medal uğrunda mübarizə aparacaqlar

A- A A+

Beşinci İslam Həmrəyliyi Oyunlarına avqustun 9-18-də Türkiyənin Konya şəhəri ev sahibliyi edəcək. Yarışın açılış mərasimi 42 min tamaşaçı tutumuna malik Konya Büyükşehir Belediyesi Stadionunda təşkil olunacaq. Möhtəşəm açılış mərasimi 3 saat davam edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda 56 ölkədən 3 mindən artıq idmançı medallar uğrunda mübarizə aparacaq.

İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.

Mötəbər yarışa Azərbaycandan idmançılar da qatılacaqlar.

İdmançılar 483 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışda ilk səkkiz yeri tutan atletlərə xüsusi sertifikat təqdim olunacaq.

Qeyd edək ki, beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: