Liqa 1 təmsilçisinin yeni baş məşqçisi müəyyənləşib

A- A A+

Fransanın “Marsel” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra xorvatiyalı İqor Tudor çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qırx dörd yaşlı mütəxəssislə ikiillik müqavilə imzalanıb. O, bir neçə gün əvvəl istefaya göndərilən Xorxe Sampaolini əvəz edib.

Tudorun sonuncu iş yeri bu yay ayrıldığı İtaliyanın “Verona” komandası olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: