“Manchester United” klubu Kriştianu Ronaldunu satmaq üçün şərtlərini açıqlayıb

A- A A+

“Manchester United” futbol klubu yay transfer pəncərəsi zamanı Kriştianu Ronaldunu satmağa hazırdır. Lakin portuqaliyalının potensial alıcısı bəzi öhdəlikləri yerinə yetirməlidir.

NUHÇIXAN İnformasiya Agentliyi İngiltərə mediasına istinadla xəbər verir ki, Kriştianu Ronaldu “Manchester United” klubundan ayrılmaq istədiyi barədə mankunianlıların rəhbərliyini məlumatlandırıb. Klub isə özünün əsas ulduzu ilə ayrılmaq istəmir. Bununla belə, portuqaliyalının komandasını dəyişməsi variantı mövcuddur.

“Manchester United” klubunun şərtlərinə görə, Ronaldu İngiltərə Premyer Liqasında oynayan digər klublara keçə bilməz. Bundan əlavə, potensial alıcı portuqaliyalı hücumçuya bir il ərzində həftədə 500 min funt-sterlinq ödəməlidir.

Futbol üzrə Portuqaliya yığmasının 37 yaşlı kapitanı 2021-ci il avqustun 31-də İngiltərə Premyer Liqasında çıxış edən “Manchester United” klubuna transfer edib. O, peşəkar karyerası ərzində rəsmi oyunlarda 800-dən çox qol vuran ilk futbolçu olub. Kriştianu Ronaldu 2022-ci ilin aprelində İngiltərə Premyer Liqasında ayın ən yaxşı oyunçusu seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: