Azərbaycan karateçiləri Dünya Oyunlarında iştirak edəcəklər

A- A A+

Azərbaycan karateçiləri ABŞ-ın Birmingem şəhərində təşkil ediləcək nüfuzlu Dünya Oyunlarında iştirak edəcəklər.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyət milli komandanın baş məşqçiləri Qurban Tağıyev (kumite, kişilər), Denis Morozov (kumite, qadınlar), Vahid Ayvazov (kata), eləcə də bu mötəbər yarışa vəsiqə qazanan Asiman Qurbanlı (+84 kq), İrina Zaretska (68 kq) və Roman Heydərovdan (kata) ibarətdir.

İyulun 7-17-də keçiriləcək Dünya Oyunlarının karate yarışları ayın 8-9-da baş tutacaq. Kişi və qadın karateçilər hər birində 8 idmançı olmaqla 10 çəki dərəcəsi, həmçinin kata çıxışlarında mübarizə aparacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: