Naxçıvan atletləri ölkə birinciliklərində 16 medal qazanıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının məşqçi və idmançıları ölkə və beynəlxalq turnirlərdə qazandıqları uğura görə mükafatlandırılıblar.

Bu münasibətlə keçirilən tədbirdə Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, idmanın inkişafı və kütləviliyinə nail olunması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında müasir idman infrastrukturu yaradılıb, zallar, idman obyektləri, şahmat məktəbləri tikilərək gənclərin ixtiyarına verilib. Həmçinin “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Məktəblərdə 205 idman klubunun yaradılmasının məqsədi də şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılmasıdır.

Rəhman Məmmədov vurğulayıb ki, federasiyada məşqçi və idmançı bazası formalaşdırılıb. Xüsusilə məşqçilərin formalaşdırılması, onların tədris etdiyi idman növləri üzrə ixtisaslaşdırılması federasiyanın başlıca məqsədidir. Bu gün görülən işlərin bəhrəsidir ki, federasiyanın məşqçiləri peşəkar şəkildə formalaşıb, hazırladığı idmançılar  ölkə səviyyəli yarışlarda uğurlu nəticələr əldə edirlər. 

Qeyd edilib ki, bu ilin ötən 6 ayı ərzində muxtar respublika atletləri ölkə səviyyəli yarışlarda 9-u qızıl, 3-ü gümüş, 4-ü isə bürünc olmaqla 16 medal qazanıblar. Bu, federasiya tarixində ən uğurlu nəticədir. Əldə edilən bu nailiyyətə görə məşqçilərə təşəkkür edən Rəhman Məmmədov deyib ki, qazanılan bu uğurlarla kifayətlənmək olmaz. Bundan sonra qarşıda keçiriləcək yarışlara, turnirlərə ciddi hazırlaşıb uğur qazanmaq və beynəlxalq turnirlərdə nəticələr əldə etmək lazımdır.   

Sonra Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov qazanılan uğurlar barədə məlumat verib, məşqçi və idmançıların fikir və təklifləri dinlənilib.

Tədbirdə cari ilin ilk 6 ayında uğur qazanan məşqçi və idmançılar mükafatlandırılıblar. Nəticələrə əsasən, idmançılardan Aysu Babayeva, Əmrah Nağıyev, Həsən Babayev, Zeynəb Babayeva, Zülfiyyə Süleymanova və Səkinə Əliyeva, məşqçilərdən isə Şəfi Hüseynov, Abbas Bağırov və Samil Hüseynov təltif olunublar.

Federasiyanın sədri Rəhman Məmmədov məşqçi və idmançılara təşəkkürnamə və pul mükafatları təqdim edib.

Sonda xatirə şəkli çəkilib.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: