İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib

A- A A+

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, A Seriyası təmsilçisi “Kalyari”dən Raul Bellanovanı icarəyə götürüb. Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.

İyirmi iki yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb. Sözləşmədə icarədən sonra satın almaq hüququna dair bənd də var.

Futbolçu 2021-ci ildən “Kalyari”də oynayırdı. O, ötən mövsüm İtaliya çempionatında 31 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: