Tələbələrin "yay məktəbi"nə start verilib - FOTOLAR

A- A A+

Ağbulaq İstirahət Mərkəzində tələbələrin "yay məktəbi" başlayıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "yay məktəbi"ndə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin fəal tələbələri, könüllü gənclər və Yeni Azərbaycan Partiyasının fəalları iştirak edirlər.

Tədbirdə gənclər və idman naziri Ramil Hacı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov çıxış edərək bildiriblər ki, muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə mütəmadi tədbirlər keçirilir. Hər il Ağbulaq İstirahət Mərkəzində təşkil olunan "yay məktəbləri" də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə gənclərin fikir və təklifləri dinlənilib, onlarla xatirə şəkili çəkdirilib.  

İyulun 7-dək davam edəcək üçgünlük "yay məktəbi"ndə Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Texniki və Tibb kolleclərinin tələbələri, könüllü gənclər iştirak edirlər. “Yay məktəbi”ndə “Ünsiyyət psixologiyası” mövzusunda seminar, “Nə? Harada? Nə zaman?” intellektual oyununun keçirilməsi, vətənpərvərlik mövzusunda film nümayişi, bədii qiraət, müxtəlif mövzularda təlimlər, idman oyunları nəzərdə tutulub.

“Yay məktəbi”ndə gənclərin komanda ilə işləmək bacarıqları yoxlanılacaq, fəallıq göstərənlərə sertifikatlar təqdim olunacaq.

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: