Aydın Süleymanlı Serbiyada beynəlxalq turnirdə dördüncü yeri tutub

A- A A+

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda iştirak edən şahmatçılarımızdan ən yaxşı nəticəni Aydın Süleymanlı göstərib. Azərbaycanlı qrosmeyster 9 turdan 7 xal toplayaraq 4-cü yeri tutub. Komandamızın digər üzvləri Məhəmməd Muradlı 6,5, Xəzər Babazadə, Ülvi Sadıqov 6, Read Səmədov, Ülviyyə Fətəliyeva 5,5 xal toplayıb.

İsveçrə sistemi üzrə keçirilən yarışın qalibi 8 xalla yunanıstanlı Evgenios İoannidis olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: