Naxçıvanda idmançılar üçün cüdo üzrə seminar və təlim-məşq toplanışı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Uşaq-Gənclər İdman məktəbində keçirilən təlim-məşq toplanışına Bakı şəhərindən də daxil olmaqla 60-a yaxın perspektivli cüdoçu qatılıb. Seminarı Azərbaycanın əməkdar məşqçisi Azər Bağırov, təcrübəli məşqçilər Azər Fətullayev və Elçin Mayılov keçiblər. Mәşqçilәr yeniyetmә cüdoçulara yeni qaydalarla bağlı nəzəri və praktik məlumat veriblər. Yarış zamanı istifadə olunan fəndlərin tətbiqi əyani şəkildə göstərilib və geniş müzakirələr aparılıb.

Qeyd edək ki, cüdo üzrə seminar növbəti günlərdə də davam edəcək.

Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: