Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina komandasına qarşı keçirəcəyi oyunun stadionu məlum olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan - Bosniya və Herseqovina oyunu sentyabrın 6-da “Dalğa Arena”da keçiriləcək. Qarşılaşmanın başlama saatı ilə bağlı məlumat veriləcək.