“Böyük dəbilqə” turnirində ölkəmizi 11 cüdoçu təmsil edəcək

A- A A+

İyulun 8-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə növbəti “Böyük dəbilqə” turniri start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirdə Azərbaycan milli yığmasının 11 üzvü iştirak edəcək. Belə ki, kişilər arasında cüdoçularımız Əhməd Yusifov, Rövşən Əliyev (60 kq), Yaşar Nəcəfov, İbrahim Əliyev (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tckayev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Yarış iyulun 10-dək davam edəcək. Turnirə dünyanın 63 ölkəsindən 434 idmançı qatılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: