Şəhid Toğrul Məmmədovun xatirəsinə həsr olunan cüdo üzrə Naxçıvan şəhər açıq turniri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Vətən müharibəsi şəhidi Toğrul Məmmədovun əziz xatirəsinə həsr olunan yeniyetmə və gənclər arasında cüdo üzrə Naxçıvan şəhər açıq turniri keçirilib.

Cüdo üzrə Azərbaycanın Əməkdar məşqçisi Azər Bağırov, dünya və Avropa çempionu Elçin Mayılov və usta cüdoçular arasında dünya və Avropa çempionu Azər Fətullayevin  iştirakı ilə keçirilən seminardan sonra 16 çəki dərəcəsində 130-a yaxın idmançı Olimpiya İdman Kompleksində təşkil olunan cüdo üzrə turnirə qatılıblar. Açılış mərasimində təşkilatçılar idmançılara uğurlar arzulayıb və şəhidin ailə üzvünə fəxri fərman təqdim edilib. Turnirdə Bakı şəhərindən Neftçi, Çempion, Şahin, muxtar respublikadan isə Naxçıvan, Şərur və Culfa komandalarının idmançıları qalib olmaq üçün mübarizə aparıblar. Sonda öz çəki dərəcələri üzrə qalib olan idmançılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: