Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib

A- A A+

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Super Liqa təmsilçisi italyan əsilli almaniyalı sol cinah müdafiəçisi Raul Petrettanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İsveçrənin “Bazel” klubundan transfer olunmuş 25 yaşlı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

R.Petretta “Bazel”in yetirməsidir. O, 2017-ci ildən bu klubun əsas komandasında forma geyinib. Müdafiəçi sözügedən komandanın heyətində 150 matça çıxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: