İyulun 14-19-da Portuqaliyanın Anadia şəhərində trek velosipedi üzrə Avropa çempionatı keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Velosiped Federasiyasına istinadla xəbər verir ki, gənclər və U-23 yaş kateqoriyasında mübarizə aparan idmançılar arasında təşkil ediləcək yarışda Azərbaycan da təmsil olunacaq.
Yarışda gənc oğlanlardan ibarət milli komandamızın üzvü Kamran Mirzəxanov və U-23 yaş kateqoriyasında qadınlardan ibarət yığmamızın velosipedçisi Ayan Xankişiyeva iştirak edəcəklər.