Azərbaycan şahmatçıları Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar.
NUHÇIXAN xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət milli komandası ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) kollektivi ilə üz-üzə gəlib.
Yığmamızın üzvü Teymur Rəcəbov İqor Yarmanov ilə heç-heçə edib. Eltac Səfərli Andrey Tersinsevə, Rauf Məmmədov Dmitri Skerbinə və Arkadi Naydiç isə Andrey Qurbanova qalib gəlib. Beləliklə, oyun şahmatçılarımızın 3,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Olimpiadanın birinci turunda İordaniya yığmasına 4:0 hesabı ilə qalib gəlib. Şahmatçılarımızdan Zeynəb Məmmədyarova Odeh Aseeli, Xanım Balacayeva Alnaymat Rayanı, Gülnar Məmmədova Alşaebi Razanı, Ülviyyə Fətəliyeva isə Qayda Alattarı məğlub edib.