Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubunun yerli "Sivasspor"a qarşı yoxlama matçının başlama saatı açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi saytına istinadla xəbər verir ki, iyulun 11-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Qeyd edək ki, "Neftçi" Boludakı ilk sınaq matçında "Sakaryaspor"la heç-heçə edib - 1:1. Bakı təmsilçisi iyulun 15-dək təşkil olunacaq toplanışda daha bir oyun keçirməsi nəzərdə tutulub.