Çempionlar Liqası: "Qarabağ" bu gün cavab oyununa çıxacaq

A- A A+

UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün turnirin birinci təsnifat mərhələsinin cavab oyununda Polşanın “Lex” klubu ilə qarşılaşacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası (Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper) idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında bir həftə əvvəl Poznanda keçirilmiş ilk oyun “Lex”in 1:0 hesablı qələbəsilə başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: