"Barselona" Levandovskinin transferi üçün son təklifini edib

A- A A+

İspaniyanın "Barselona" klubunun rəhbərliyi Almaniyanın "Bavariya" klubunun polşalı hücumçusu Robert Levandovskinin transferi üçün son təklifini edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə sosial şəbəkədəki hesabında jurnalist Jerar Romero yazıb.

Kataloniyalılar təklifin qəbul ediləcəyinə və transferin bu həftənin sonuna kimi tamamlanacağına əmindir.

Polşalı hücumçu "Barselona"ya keçməkdə maraqlıdır. Onun "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: