İngiltərənin “Mançester Siti” klubu futbolçusu Rodri ilə müqaviləni yeniləyib.
NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi saytına istinadla xəbər verir ki, ispaniyalı futbolçu ilə 2027-ci ilədək müqavilə imzalanıb.
İyirmi altı yaşlı futbolçu daha üç mövsüm Mançester təmsilçisinin şərəfini qoruyacaq.
2019-cu ildən “Mançester Siti”də çıxış edən futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 33 matçda meydana çıxıb. Futbolçu 7 qol vurub və 2 məhsuldar ötürmə edib.