Afrika Futbol Konfederasiyası mövsümün ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb

A- A A+

Afrika Futbol Konfederasiyası mövsümün ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi konfederasiyanın saytına istinadla xəbər verir ki, siyahıda 10 futbolçu yer alıb. “Ən yaxşı” futbolçu adına namizədlər arasında Sadio Mane (“Bavariya”, Seneqal), Riyad Marez (“Mançester Siti”, Əlcəzair), Məhəmməd Salah (“Liverpul”, Misir), Karl Toko-Ekambi (“Lion”, Kamerun), Vensan Abubakar (“Əl-Nasr”, Kamerun), Sebastyan Aller (“Ayaks”, Fil Dişi Sahili), Nabi Keyta (“Liverpul”, Qvineya), Aşraf Hakimi (PSJ, Mərakeş), Eduard Mendi (“Çelsi”, Seneqal) və Kalidu Kulibalinin (“Napoli”, Seneqal) adı var.

İlin “ən yaxşı” komandası adı uğrunda isə Burkin-Faso, Kamerun, Misir, Mərakeş və Seneqal yığmaları mübarizə aparacaqlar.

Qaliblər konfederasiyanın texniki komitəsinin üzvlərinin, jurnalistlərin, baş məşqçi və kapitanların səsverməsi nəticəsində müəyyənləşəcək.

Mükafatların təqdimetmə mərasimi iyulun 21-də Mərakeşdə keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: