“Lex” komandası ilə oyunda “Qarabağ” hesabda önə keçib

A- A A+

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Polşanın “Lex” komandasını qəbul edən “Qarabağ” komandası hesabda önə keçib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçın 42-ci dəqiqəsində Filip Ozobiç baxımlı qola imza atıb.

Matçda hesabı Polşa təmsilçisi açıb. Qarşılaşmanın 1-ci dəqiqəsində Kristoffer Velde fərqlənib. Oyunun 14-cü dəqiqəsində “Qarabağ”ın oyunçusu Kadi Borges hesabı bərabərləşdirib.

Hazırda matçda birinci hissə oynanılır.

Matçı ingiltərəli baş hakim Endryu Medli idarə edir.

Poznandakı ilk matçda “Qarabağ” minimal hesabla uduzub - 0:1.

Qeyd edək ki, bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: