“Valensiya” heyətini yeni futbolçu ilə gücləndirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "yarasalar" "Milan"dan Samuel Kastilyexonu transfer edib. 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kastilyexo 2018-ci ildən "Milan"da çıxış edirdi.
O, bu komanda ilə 113 oyunda 10 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.