Şəhriyar Məmmədyarov “FTX Road to Miami” turnirində mübarizəni dayandırıb

A- A A+

Şahmat üzrə Çempionlar turu çərçivəsində “FTX Road to Miami” turnirinin ilkin mərhələsi başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün ABŞ təmsilçiləri Cefri Ksionq, Samuel Sevian və norveçli Aryan Tari ilə keçirdiyi qarşılaşmalarda məğlub olan qrosmeysterimiz Şəhriyar Məmmədyarov pley-offa düşə bilməyib. Belə ki, o, 18 xalla 10-cu yerdə qərarlaşıb.

Dairəvi sistem üzrə keçirilən yarışda 16 iştirakçıdan 8-i pley-offa vəsiqə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: