“Qəbələ” futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi kluba istinadla xəbər verir ki, “Qəbələ” Macarıstanın “Fehervar” klubu ilə qarşılaşmalar üçün sifariş vərəqini UEFA-ya təqdim edib.
Siyahıda ümumilikdə 26 futbolçu – qapıçılar Səlahət Ağayev, Kristof Atanqana-Assimba, Elməddin Sultanov, Həsən Həsənli, müdafiəçilər - İlkin Qırtımov, Ruan Renato, Rüfət Əhmədov, Məqsəd İsayev, Murad Musayev, Hüseyn Mürsəlov, Urfan Abbasov, Salman Ələsgərov, Süleyman Damadayev, yarımmüdafiəçilər - İsnik Alimi, Feras Abu Akal, Rövlan Muradov, Asif Məmmədov, Mehrac Baxşalı, Rauf Rüstəmli, Gülağa Əsədov, hücumçular - Omar Hani, Ülvi İsgəndərov, Yaovi Akakpo, Rafael Utziq, Emil Səfərov və Felipe Santos yer alıb.
Xatırladaq ki, “Qəbələ” ilə “Fehervar” arasında ilk oyun iyulun 21-də, cavab matçı 28-də baş tutacaq. Komandamız ilk matçı səfərdə keçirəcək.