"Bavariya" klubu Robert Levandovskinin transferi üçün 50 milyon avro alacaq

A- A A+

"Bavariya" klubu Robert Levandovskinin "Barselona" komandasına transferi üçün 50 milyon avro alacaq.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, polşalı hücumçu "Barselona" klubu ilə 3 illik müqavilə imzalayıb. Bu barədə “Sky Sport”un jurnalisti Fabrisio Romano öz tvitter səhifəsində yazıb.

Levandovskinin "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. Futbolçu klubun rəhbərliyinə komandadan ayrılmaq niyyətində olduğunu mayın 30-da bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: