Daha 6 cüdoçumuz Qran-Pri turnirində mübarizəyə başlayır

A- A A+

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turnirinin ikinci günündə 6 idmançımız mübarizəyə başlayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kişilər arasında Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tckayev (81 kq), qadınların yarışında isə Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, komandamızın aktivində artıq 1 qızıl medal var. Belə ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Yaşar Nəcəfov Qran-Pri turnirinin qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: