Gənc müəllimlər arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR

A- A A+

20 İyul - Beynəlxalq Şahmat Günü ilə əlaqədar muxtar respublikanın ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında muxtar respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ümumtəhsil məktəblərindən 40 müəllimin iştirak etdiyi şəxsi birincilik İsveçrə sistemi üzrə keçirilib və oyun 5 turdan ibarət olub.

Yarışda qadınlar üzrə I yeri Nərmin İsmayılova, II yeri Fəridə Şükürova, III yeri Gülnar Bayramova, kişilər arasında isə I yeri Turan Qasımov, II yeri Hüseyn Həsənov, III yeri isə Vüsal Məmmədov qazanıb.

Qaliblərə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: