Azərbaycan klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib

A- A A+

Azərbaycan futbol klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, püşk nəticəsində “Neftçi”, “Zirə” və “Qəbələ”nin növbəti mərhələdə üz-üzə gələ biləcəyi kollektivlər bəlli olub.

“Zirə” ikinci təsnifat mərhələsində İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, "Qomel” (Belarus) - “Aris” (Saloniki, Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

“Neftçi” ikinci təsnifat mərhələsində Kiprin “Aris” komandasını üstələyəcəyi təqdirdə, “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

“Qəbələ” Macarıstanın “Fehervar” komandasını keçsə, “Petrokub-Hinçesti” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi ilə oynayacaq.

Püşkə əsasən, Azərbaycanın hər üç klubu ilk oyunlarını evdə keçirməlidir.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin qarşılaşmaları avqustun 4-də və 11-də olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: