“Milan” klubu futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni yeniləyib

A- A A+

İtaliyanın “Milan” klubu futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə bağlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi İtaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, isveçli hücumçu ilə müqavilə 2023-cü ilin yayınadək uzadılıb.

Forvard “Milan”da ilk dəfə 2010-2012-ci illərdə forma geyinib. O, komandaya yenidən 2020-ci ilin yanvarında qayıdıb.

Klubun heyətində 158 oyun keçirən futbolçu 92 qol vurub və 35 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu İtaliya Super Kubokunun qalibi olub və iki dəfə ölkə çempionluğu sevincini yaşayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: