Sərbəst güləşçilərimiz U-15 Avropa çempionatında 8 medal qazanıblar

A- A A+

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatı davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitə birinciliyində qadın güləşçilərin ardınca sərbəst güləşçilər mübarizə aparıblar.

Məhərrəm Rzayev (38 kq), Cəfər Cəfərov (44 kq), Rəvan Rəhimli (48 kq) və Səid Paşayev (85 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar.

Həsən Həsənov (44 kq) ikinci, Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq) və Fərhad Süleymanlı (85 kq) üçüncü yeri tutub.

Beləliklə, sərbəst güləş üzrə millimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 136 xalla 2-ci yeri tutub. Gürcüstan (153) birinci, Ukrayna (133) isə üçüncü pillədə qərarlaşıb. Medalların əyarına görə isə yığmamız bütün komandalardan üstün olub.

Qeyd edək ki, medalların sayına, əyarına, həm də toplanan xallara görə bu nəticə U-15 Avropa çempionatlarında Azərbaycan sərbəst güləşi üçün rekord göstəricidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: