2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının keçiriləcəyi tarixlər açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, Olimpiadanın açılış mərasimi iyulun 14-də, bağlanış mərasimi isə iyulun 30-da baş tutacaq.
Tarixlər Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın rəhbərlik etdiyi nümayəndə heyətinin “Los-Anceles-2028”in qərargahına səfəri zamanı təsdiqlənib.
Qeyd edək ki, Yay Paralimpiya Oyunları isə avqustun 15-dən 27-dək keçiriləcək.