Xüsusi təqaüdə layiq görülən gənc istedadlar - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iyulun 18-də "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında" Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, xüsusi istedadı ilə seçilən Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Qafarov Kamal Əli oğlu və Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Abdullayeva Röya Xəyal qızının  adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın. Onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

Naxçıvan televiziyasının əməkdaşları həmin gənclərlə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: