Cüdoçularımız XVI Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcəklər

A- A A+

Slovakiyada keçiriləcək XVI Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, oğlanların yarışında Murad Əliyev (55 kq), Nurlan Kərimli (60 kq), Eltac Yusifli (66 kq), Qədir Hüseynov (73 kq), İsmayıl Zamanov (81 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq), qızların turnirində isə Xumar Qasımzadə (44 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq) və Nigar Süleymanovanın (+78 kq) iştirakı planlaşdırılır.

Qeyd edək ki, rəsmi açılışı iyulun 24-də olacaq Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında 50 ölkədən 4 minə yaxın idmançı 10 idman növü üzrə mübarizə aparacaq. Azərbaycan idmançıları festivalda cüdo ilə yanaşı, velosiped, yüngül atletika, tennis, üzgüçülük, badminton və gimnastika idman növlərində təmsil olunacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: