COVID-19 pandemiyası səbəbindən təxirə salınan “Hancou-2022” Asiya Oyunlarının keçirilmə vaxtı müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Asiya Olimpiya Şurasının qərarına əsasən, 19-cu Asiya Oyunları 2023-cü ilin sentyabrın 23-dən oktyabrın 8-dək Çinin Hancou şəhərində keçiriləcək.
“Hancou-2022” Asiya Oyunları cari ilin sentyabrında keçirilməli idi. Amma may ayında Asiya Olimpiya Şurasının icraiyyə komitəsi Çin Olimpiya Komitəsi və “Hancou-2021”in təşkilat komitəsi ilə məsləhətləşdikdən sonra COVID-19 pandemiyası səbəbindən oyunların təxirə salınmasına qərar vermişdi.
“Hancou-2022”dən başqa, Çinin Çendu şəhərində 2021-ci ildə keçirilməli olan, sonradan 2022-ci ilə təxirə salınan tələbələrin 31-ci Yay Universiadası da 2023-cü ilə keçirilib.