“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov rapid yarışında yeddinci yeri tutub

A- A A+

Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının 3-cü mərhələsinin rapid yarışı başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov bu gün 3 turda iştirak edib. O, fransalı şahmatçı Maksim Vaşye-Laqrava uduzub, ABŞ təmsilçiləri Leyner Dominqes, Uesli So ilə heç-heçə edib.

Yekun nəticələrə görə, Ş.Məmmədyarov 9 xalla yeddinci yeri tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: