“Barselona” klubu yoxlama oyununda “Real Madrid”ə qalib gəlib

A- A A+

İspaniyanın "Barselona" və "Real Madrid" futbol klubları ABŞ-da yoxlama oyununda üz-üzə gəliblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Las-Veqasdakı "Allegiant" stadionunda keçirilən görüş “Barselona”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 27-ci dəqiqədə Rafinya vurub.

Qeyd edək ki, "Barselona" La Liqanın birinci turunda avqustun 13-də "Rayo Valyekano"nu qəbul edəcək. Madrid klubu isə bir gün sonra "Almeriya"nın qonağı olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: