"Atletiko" Ronalduya görə Qrizmanı satmaq istəyir

A- A A+

İspaniyanın "Atletiko" klubu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunu transfer etmək üçün fransız hücumçu Antuan Qrizman ilə yollarını ayıra bilər.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə “The Times”a istinadən xəbər verir.

Qeyd edilir ki, Madrid klubu 37 yaşlı portuqaliyalı hücumçunun transferini təmin etmək üçün klubun ulduzlarından birini satmalı olacaq. İspaniya çempionatının maliyyə qaydaları hər iki futbolçuya maaş ödəməyə imkan verməyəcək. Qrizmana iddialı olanlardan biri də Fransanın “Paris Sen-Jermen” klubudur.

Bununla yanaşı, "madridlilər"in düşərgəsində portuqalın keçidi ilə bağlı şübhələr var. Ronaldu uzun müddət "Atletiko"nun rəqibi olan "Real Madrid"də oynadığı üçün azarkeşlərin bu transferə münasibəti suallar doğurur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: