“Barselona”dan ayrılan Dani Alveş Meksika klubu ilə müqavilə imzalayıb

A- A A+

İspaniyanın “Barselona” klubundan ayrılan Dani Alveşin Meksika təmsilçisi “Pumas”a keçidi rəsmiləşib.

NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, braziliyalı futbolçu daha əvvəl "Sevilya", "Yuventus", PSJ, "San Paulo" və "Barselona"da çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: