“Real Madrid” klubunun sabiq futbolçusu Xose Kalyexon yenidən La Liqada çıxış edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İspaniya millisinin sabiq üzvü “Qranada”ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Otuz beş yaşlı hücumçu yeni klubu ilə 2023-cü ilədək müqavilə imzalayıb.
Qeyd edək ki, Kalyexon “Espanyol”, “Napoli” və “Fiorentina”da da çıxış edib.