V İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarının vaxtı müəyyənləşib

A- A A+

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında həndbol yarışları avqustun 7-də start götürəcək.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, avqustun 13-də yarımfinallar, bir gün sonra isə final və üçüncü yer uğrunda görüş keçiriləcək.

Azərbaycanın kişi həndbol millisi B qrupunda Türkiyə və İranla mübarizə aparacaq.

Qadınlardan ibarət millimiz isə İran, Əfqanıstan və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: