Beşinci İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ağırlıqqaldırma üzrə Azərbaycan millisinin ilkin heyəti müəyyənləşib

A- A A+

Türkiyənin Konya şəhərində keçiriləcək beşinci İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ağırlıqqaldırma üzrə Azərbaycan millisinin ilkin heyəti müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, “Konya-2021”də qadınların yarışında Nazilə İsmayılova (45 kq), Elnarə Abbasova (71 kq) və Anastasiya Mum (76 kq), kişilərin mübarizəsində isə Tehran Məmmədov (61 kq), İsa Rüstəmov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Kamran İsmayılov (89 kq), Dadaş Dadaşbəyli (102 kq) və Əli Şükürlünün (109 kq) iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, beşinci İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma yarışları avqustun 11-15-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: