Basketbol üzrə U-18 milli komandamız Avropa Çempionatında Ermənistan üzərində tarixi qələbə qazanıb - FOTOLAR

A- A A+

San Marinoda gənclər arasında təşkil olunmuş Avropa Çempionatının "C" divizionunda 18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası B qrupunda üçüncü görüşünə çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistan seçməsi ilə qarşılaşan Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərlik etdiyi yığmamız görüşə üstün başlayıb və yekunda rəqibini 76-65 hesabı ilə məğlub edərək parketdən qələbə ilə ayrılıb.

Bu qələbədən sonra millimiz qrupdan çıxmağı təmin edərək adını turnirin yarımfinalına yazdırıb.

Milli komandamızın qrupdakı sonuncu rəqibi Moldova komandası olacaq. Oyun iyulun 28-də Bakı vaxtı ilə saat 14.30-da start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: