UEFA Çempionlar Liqası: "Sürix" ilə oyunda "Qarabağ" hesabı bərabərləşdirib

A- A A+

UEFA Çempionlar Liqasının ikinci turunun cavab oyunları çərçivəsində İsveçrənin "Sürix" klubu ilə səfər oyununda Ağdamın “Qarabağ” klubu hesabı bərabərləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Letsiqrund” stadionunda keçirilən matçın 56-cı dəqiqəsində "Qarabağ"ın oyunçusu Kadi Borges fərqlənib - 1:1.

Oyunda hesabı da "Qarabağ" açıb. Belə ki, Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev 4-cü dəqiqədə topu öz qapısından keçirib.

Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edir.

Bakıdakı ilk qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütün qalibi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzan komanda isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: