Azərbaycan şahmatçıları Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar - FOTOLAR

A- A A+

Azərbaycanın şahmat ustaları Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunu da qələbə ilə başa vurublar.

NUHÇIXAN xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi bu turda Sloveniya yığmasına qarşı oynayıb. İdman ustalarımız Arkadi Naydiç Matey Şebeniki, Rauf Məmmədov Yure Şkobereneni, Eltac Səfərli isə Boris Markojanı məğlub ediblər. Şəhriyar Məmmədyarovun Yure Borişeklə görüşü isə heç-heçə başa çatıb.

İngiltərə komandası ilə qarşılaşan qadın şahmatçılarımız rəqiblərinə 3:1 hesabı ilə qalib gəliblər. Zeynəb Məmmədyarova, Xanım Balacayeva və Gülnar Məmmədova görüşləri qələbə ilə başa vurub, Günay Məmmədzadə isə məğlubiyyətə uğrayıb.

Qeyd edək ki, Azərbaycanın hər iki komandası indiyədək keçirilən üç turun hamısında qələbə qazanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: