Bakının “Zirə” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində cavab görüşünü keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun komandası İsraildə "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşıb.
“Makkabi”nin start heyətində Daniel Perets, Enrix Saborit, İdan Naxmias, Yoris van Overeem, Qavriel Kaniçovski, Brendli Kuvas, Şeran Yeyni, Eyal Qolasa, Andre Geraldes, Matan Hozez və Corce Yovanoviç yer alıblar.
“Zirə”nin heyətində isə meydana Mehdi Cənnətov, İlkin Muradov, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə, Hamidu Keyta, Slavik Alxasov, Hacıağa Hacılı, Nemanya Ancelkoviç, Qismət Alıyev, Dmitrios Çantakias və Coşqun Diniyev çıxıblar.
Təl-Əvivdəki "Blumfild" stadionunda oynanılan qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
“Zirə” Bakıdakı ilk matçda rəqibinə 0:3 hesabı ilə uduzub. İki oyunun nəticəsinə görə, “Zirə” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.