“Ferentsvaroş” - “Qarabağ” oyununu ispaniyalı hakimlər briqadası idarə edəcək

A- A A+

Macarıstanda “Ferentsvaroş” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Budapeştdəki qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Karlos del Serro olacaq. Ona Xose Naranxo və Qonsalo Qonsales laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Migel Anxel Ortis Arias yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İlk görüş avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: