Dünya çempionatında Azərbaycanın daha üç taekvondoçusu mübarizəyə start verir

A- A A+

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo arasında yeniyetmələrin dünya çempionatında üçüncü yarış günü 3 Azərbaycan idmançısı mübarizə aparacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunlar qızlarda Banu Quliyeva (44 kq), oğlanlarda Riad Quliyev (41 kq) və Fuad Məhərrəmlidir (45 kq).

Qeyd edək ki, dünən 33 kq çəki dərəcəsində Mehdi Budaqlı bütün rəqiblərinə qalib gəlməklə Azərbaycan taekvondosunun tarixinə düşüb. O, Azərbaycanın yeniyetmələr arasında ilk dünya çempionu olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: